Mərakeş millisi Afrika Millətlər Kubokunda iştirak etməyəcək
Bakı, 13 yanvar, AZƏRTAC
Mərakeş millisi fevralın 4-dək təşkil ediləcək Afrika Millətlər Kubokunda iştirak etməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərakeş Kral Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, buna səbəb iki ölkə arasında münasibətlərin gərgin olmasıdır. Belə ki, Əlcəzair hökuməti Mərakeş milli komandasının istifadə etdiyi “Royal Air Maroc” aviaşirkətinin ölkəyə uçmasına rəsmi icazə verməyib.
Qeyd edək ki, Mərakeş milli komandası dünya çempionatı tarixində yarımfinal mərhələsinə vəsiqə qazanan ilk Afrika təmsilçisi olub.
Fransada dünya kubokunun mərhələ yarışları rusiyalı idmançılara görə ləğv olunub
Azərbaycanlı futbolçu “Şalke”yə qələbə qazandırıb
Teymur Rəcəbov şahmat oynamaq istədiyi üç tanınmış idmançının adını çəkib
Teymur Rəcəbov: Ronaldo tarixi şəxsiyyətdir
Teymur Rəcəbov sovet qrossmeysteri Mixail Talı tarixdə ən parlaq dünya çempionu adlandırıb