“Sabah” klubu “Varta” ilə bərabərə qalıb
Bakı, 13 yanvar, AZƏRTAC
Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Sabah” klubu ilk yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Murad Musayevin komandası Polşanın “Vatra” (Poznan) klubu ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Görüşdə hesabı 42-ci dəqiqədə Bakı təmsilçisinin futbolçusu Aleksey Kaşuk açıb.
Qeyd edək ki, "Sabah" növbəti yoxlama oyununu yanvarın 18-də Serbiyanın “Voyvodina” klubuna qarşı keçirəcək.
İdmançılarımızın Ermənistanda keçiriləcək çempionatda iştirakına dair - Açıqlama
MMA idmançımız Nəriman Abbasov bu gün növbəti döyüşünə çıxacaq
Taekvondoçularımız Belçikadan üç medalla qayıdırlar
“Zirə” klubu “Şamaxı” ilə yoxlama oyunu keçirəcək
Gənc boksçularımız dünya kuboku yarışlarında altı medal qazanıblar