“Qəbələ” klubu yoxlama oyununda “Sepsi” ilə heç-heçə edib
Bakı, 12 yanvar, AZƏRTAC
Antalyada təşkil olunan təlim-məşq toplanışını davam etdirən “Qəbələ” klubu ilk yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, mövsümün ikinci yarısının hazırlığına yanvarın 4-də start verən “qırmızı-qaralar” Rumıniyanın “Sepsi” klubu ilə qarşılaşıb.
Qarşılaşma erkən qolla başlayıb. Ülvi İsgəndərov 7-ci dəqiqədə rumıniyalıların qapısına yol tapıb. Fasiləyədək komandamız fərqi artırmaq imkanı qazansa da, hesab dəyişməz qalıb.
Birinci hissədən sonra hər iki komandanın heyətində dəyişikliklər olub. İkinci hissənin əvvəlində “Sepsi” bərbərlik qolunu vurub. Buraxılan topdan sonra da hücumlarını davam etdirən “Qəbələ” hissənin ortalarında yenidən fərqlənib. İsnik Alimi penalti zərbəsini dəqiq yerinə yetirib. Lakin Rumıniya klubu da qazandığı 11 metrlik cərimə zərbəsindən yararlanıb. Beləliklə, “Qəbələ” 2023-cü ilin ilk oyunundan məhsuldar heç-heçə ilə ayrılıb – 2:2.
Xatırladaq ki, Antalyada daha iki yoxlama matçına çıxacaq “Qəbələ” yanvarın 14-də Almaniyanın “Lukenvalde”, 16-da Çexiyanın “Teplitse” klubu ilə görüşəcək.
Fransada dünya kubokunun mərhələ yarışları rusiyalı idmançılara görə ləğv olunub
Azərbaycanlı futbolçu “Şalke”yə qələbə qazandırıb
Teymur Rəcəbov şahmat oynamaq istədiyi üç tanınmış idmançının adını çəkib
Teymur Rəcəbov: Ronaldo tarixi şəxsiyyətdir
Teymur Rəcəbov sovet qrossmeysteri Mixail Talı tarixdə ən parlaq dünya çempionu adlandırıb