Basketbol: “NTD” komandasından inamlı qələbə
Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycan Basketbol Liqasında XIII turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə "Gəncə" və NTD komandaları üz-üzə gəliblər. Gərgin keçən görüşün sonunda NTD basketbolçuları 86:79 hesablı qələbə qazanıblar. Komanda birgünlük fasilədən sonra yenidən turnir cədvəlinin ilk pilləsinə yüksəlib.
Ən məhsuldar basketbolçular "Gəncə"dən Ceylon Perri (28 xal, 2 ribaund), NTD-dən isə Kuinton Kempbel (23 xal, 5 ribaund) olublar.
Qeyd edək ki, turun "Neftçi İK"-"Zirvə Astara" və "Olimpik Şəki"-"AAAF Xırdalan" matçları yanvarın 14-də və 15-də oynanılacaq.
Fransada dünya kubokunun mərhələ yarışları rusiyalı idmançılara görə ləğv olunub
Azərbaycanlı futbolçu “Şalke”yə qələbə qazandırıb
Teymur Rəcəbov şahmat oynamaq istədiyi üç tanınmış idmançının adını çəkib
Teymur Rəcəbov: Ronaldo tarixi şəxsiyyətdir
Teymur Rəcəbov sovet qrossmeysteri Mixail Talı tarixdə ən parlaq dünya çempionu adlandırıb