“Neftçi”nin “Baçka Topola” ilə yoxlama oyunu ləğv olunub
Bakı, 12 yanvar, AZƏRTAC
Antalyada təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubunun “Baçka Topola” ilə yoxlama oyunu ləğv olunub.
AZƏRTAC klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi yanvarın 15-də Serbiya klubu ilə qarşılaşmalı idi. Həmin gün “Neftçi” Polşanın “Medz Leqnisa” klubu ilə üz-üzə gələcək. Məşqçilər korpusu futbolçuların zədələnmə ehtimalını nəzərə alaraq, matçın birinin ləğvinə qərar veriblər.
Qeyd edək ki, Antalyadakı ilk yoxlama görüşündə Macarıstanın “Vaşaş” klubu ilə (1:1) heç-heçə edən “Neftçi” yanvarın 19-da sonuncu oyununda Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.
La Liqa təmsilçisi baş məşqçisi ilə yollarını ayırıb
Ağır atletika üzrə millimizin dünya birinciliyi üçün heyəti açıqlanıb
Azərbaycan təmsilçiləri Avropa Cüdo Birliyinin seminarına qatılıblar
Həndbol: "İdman Akademiyası" ölkə çempionatında liderliyini davam etdirir