×
A
A
A
Sazlamalar

Birləşmiş Ərəb Əmirliklərinin səfiri ilə ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb

Bakı, 12 yanvar, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşini ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan və BƏƏ arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq perspektivləri sahəsində fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

 

Ekologiya 2023-01-12 14:18:00