Faktiki hava: Bəzi rayonlarda yağıntıda qısa fasilə yaranıb
Bakı, 10 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-da saat 16:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Gəncə, Tovuz, Şəki, Quba, Qusar, Xaltan, Şabran, Göyçay, Cəfərxan, Neftçala, Biləsuvar, Lerik, Lənkəran, Astara, Bakı, Maştağa, Binə, Neft Daşlarında zəif qar yağır.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, digər rayonlarda yağıntıda qısa fasilə yaranıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında və aran rayonlarında 0°-yə yaxındır, dağlıq və dağətəyi rayonlarda isə 11°-dək şaxta müşahidə olunur.
“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” şüarı ilə yeni aksiyaya start verilib
Paytaxt havasında dəm qazının miqdarı normanı iki dəfəyə yaxın ötüb
Alimlər: Qlobal istiləşmə ağacların vegetasiya dövrünü uzadıb
Ağcabədi rayonunda “Yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirici təlim keçirilib