Altıağacda qar örtüyünün hündürlüyü 25 santimetrə çatıb
Bakı, 10 yanvar, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-na olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, arabir qar yağıb, bəzi yerlərdə intensivləşib.
AZƏRTAC xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, qar örtüyünün hündürlüyü Altıağacda 25, Lerikdə 24, Qaxda 22, Xaltan, Yardımlıda 20, Qəbələdə 19, İsmayıllıda 16, Qubada 15, Şəkidə 13, Qusar, Şamaxı, Oğuzda 11, Zaqatalada 10, Şabranda 9, Kürdəmir, Biləsuvar, Lənkəranda 8, Qobustan, Astarada 6, Daşkəsən, Göytəpədə 5, Ağdərə, Ağsu, Balakəndə 3, Xaçmaz, Göygöldə 2, Qrız, Şahdağda 1, Bakıda və Abşeron yarımadasında 8-10 santimetrədək olub. Dumanlı hava şəraiti isə Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qrız, Yevlax və Lerikdə müşahidə olunub və görmə məsafəsi 50-100 metrədək məhdudlaşıb.
G.Məmmədovanın sözlərinə görə, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-2°, Aran rayonlarında 2°, Naxçıvan Muxtar Respublikasında 8-13°, dağlıq rayonlarda isə 18-23° şaxta olub.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb