Otyeyən heyvanların yemə olan tələbatının ödənilməsi məqsədilə tədbirlər görülüb
Bakı, 9 yanvar, AZƏRTAC
Ölkə ərazisində hava şəraitinin dəyişməsi, havaların soyuması və qar yağması ilə əlaqədar olaraq xüsusi mühafizə olunan təbiət ərazilərində otyeyən heyvanların, o cümlədən quşların yemə olan tələbatının ödənilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın milli parklarında, dövlət təbiət qoruqlarında heyvan və quşların, əsasən miqrasiya etdikləri yollara və dağ cığırlarına ot və dənli yem məhsullarının paylanılması təmin edilib. Bu istiqamətdə işlər şaxtalı-qarlı hava şəraitinin davam edəcəyi növbəti günlərdə də həyata keçiriləcək.
“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” şüarı ilə yeni aksiyaya start verilib
Paytaxt havasında dəm qazının miqdarı normanı iki dəfəyə yaxın ötüb
Alimlər: Qlobal istiləşmə ağacların vegetasiya dövrünü uzadıb
Ağcabədi rayonunda “Yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirici təlim keçirilib