×
A
A
A
Sazlamalar

Bakıda gecə 2-4° şaxta olacaq

Yollar buz bağlayacaq

Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycanda yanvarın 10-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi normadan yüksək - 780 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir qar yağacağı, duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 17-22°, gündüz 7-12° şaxta olacağı ehtimal edilir. Yollar buz bağlayacaq.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında gün ərzində arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15° şaxta, bəzi yerlərdə 18°-dək şaxta, gündüz 5-10° şaxta olacağı proqnozlaşdırılır. Yollar buz bağlayacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında gün ərzində arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, yüksək dağlıq ərazilərdə 18-20°, gündüz 5-10° şaxta olacağı bildirilir. Yollar buz bağlayacaq.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında gün ərzində arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək, sürəti arabir 15 metr/saniyə olacaq. Havanın temperaturunun gecə 3-7°, gündüz 3° şaxtadan 2°-dək isti olacağı ehtimal edilir. Yollar buz bağlayacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 0-5° şaxta, dağlarda gecə 17-22°, gündüz 7-12° şaxta olacağı ehtimalı var. Yollar buz bağlayacaq.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında gün ərzində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində sulu qar, qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 6-9°, gündüz 2-4° şaxta olacaq. Yollar buz bağlayacaq.

Ekologiya 2023-01-09 13:20:00