Yanğın nəticəsində məhv olunan meşə fondunun 35 hektarı bərpa edilib
Bakı, 6 yanvar, AZƏRTAC
Son 5 ildə ən çox yanğın 2022-ci ildə baş verib.
AZƏRTAC xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən il 870 hektar ərazidə yanğın baş verib: "2022-ci ildə meşə ərazilərində avqustun 15-dən başlayaraq 66 yanğın hadisəsi baş verdi. Əsas yanğın Şabran, Quba, Zaqatala regionlarını əhatə etdi. İlkin hesablamalara görə, yanğın nəticəsində 40 hektara qədər meşə fondu tamamilə məhv olub. Həmin ərazilərin 35 hektarı artıq bərpa edilib. Həmin ərazilərdə 12 mindən çox ting əkilib, 30 mindən çox toxum səpilib".
Xalıqverdi Hüseynov bildirib ki, yanğınların əksəriyyəti taxıl ərazilərində baş verib və meşə ilə örtülü ərazilərə keçib.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb