Xidmət rəisi: Oduncağın tədarükü inkişafdan dayanmış, zədələnmiş ağacların hesabına edilir
Bakı, 6 yanvar, AZƏRTAC
Meşələrin İnkişafı Xidmətinin fəaliyyət istiqamətlərindən biri meşə fonundan düzgün istifadədir.
AZƏRTAC xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə ölkədə 64 min kubmetr oduncağın tədarük edilib satılması icazəsi var: "İnkişafdan dayanmış, zədələnmiş ağacların hesabına bu tədarük görülür. İş üçün yararlı olan həcmlər isə satılmaq üçün ayrılır. Təbii fəlakətlər nəticəsində zərər görən ağaclardan 72 min kubmetr oduncaq tədarükü görülüb".
Xalıqverdi Hüseynov bildirib ki, hazırda ölkədə 982 qazlaşdırılmayan kənd var: "Onlar arasında əsas diqqətimizdə olan 426 kənd var ki, onlar birbaşa meşə əraziləri ilə həmsərhəddir. Meşəətrafı qazlaşdırılmayan kəndlərin odun yanacağına tələbatının ödənilməsi əsas məqsədimizdir və bu istiqamətdə geniş araşdırmalar aparırıq".
Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
Yaz ağac əkini mövsümü başlayandan bu günədək meşə fondu torpaqlarında 800 mindən artıq ağac əkilib
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 621 santimetrə bərabər olub