Ov obyektlərindən asılı olaraq müəyyən limit daxilində ov həyata keçirilə bilər
Bakı, 6 yanvar, AZƏRTAC
Ov fəaliyyətinə maraq nəzərə alınaraq gec də olsa, ov mövsümü açılıb. Lakin ov obyektlərindən asılı olaraq müəyyən limit daxilində ov həyata keçirilə bilər.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, daha çox ov fəaliyyətində cənub regionu, Muğan zonası maraqlıdır: "Bununla bağlı 3 saylı regional idarədə limitlərimiz bitib. Lakin Qazax, Şəmkir, Gədəbəy, İsmayıllı regionlarında limit az da olsa, ov mövsümü davam etməkdədir".
COP30 iqlim konfransında “qlobal müəyyən edilmiş töhfə” təşəbbüsü irəli sürüləcək
Sabah Bakıda güclü külək əsəcək, bəzi rayonlarda yağış yağacaq – PROQNOZ