×
A
A
A
Sazlamalar

AMADA: Cari ildə idmançılardan 1456 antidopinq testi götürülüb

Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan Milli Antidoponq Agentliyi (AMADA) fəaliyyət göstərdiyi 6 il ərzində ölkədə effektiv dopinq nəzarətini həyata keçirməklə yanaşı, beynəlxalq antidopinq prosesinə də töhfələr verməklə qabaqcıl milli antidopinq təşkilatlarından birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bunu AMADA-nın direktoru Şəfəq Hüseynli dekabrın 27-də təşkil olunan mətbuat konfransında deyib.
Bildirib ki, cari ildə idmançılardan 1456 antidopinq testi götürülüb. Bunlardan 770-i yarış müddətində, 686-sı isə yarışdan kənar müddətdə götürülüb.
"Cari ildə 7 antidopinq qayda pozuntusu üzrə artıq sanksiya qərarı qəbul edilib. Belə ki, boksda, ağır atletikada 2, güləş, karate və kikboksinqdə 1 qayda pozuntusuna rast gəlinib", - deyə Ş.Hüseynli əlavə edib.

İdman 2022-12-27 12:35:00