×
A
A
A
Sazlamalar

On bir ayda dəniz nəqliyyatı ilə 939,3 min tondan çox yük daşınıb

Bakı, 27 dekabr, AZƏRTAC

Yanvar-noyabr aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 939 min 333 tondan çox yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 94,8 milyon ABŞ dollarıdır.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, on bir ayda dəniz nəqliyyatı ilə ixrac olunan 49 min ton yükün dəyəri 59,8 milyon dollar təşkil edib.
Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 890,3 min tondan çox, dəyəri isə 1 milyard 35 milyon dollar olub.

Nəqliyyat 2022-12-27 10:39:00