×
A
A
A
Sazlamalar

İngiltərə Premyer Liqası: “Arsenal” liderliyini davam etdirir

Bakı, 27 dekabr, AZƏRTAC

Dekabrın 26-da futbol üzrə İngiltərə Premyer Liqasının daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, London derbisində turnir cədvəlinin lideri “Arsenal” öz meydanında “Vest-Hem”i qəbul edib.
Oyunun ilk hissəsində qonaqlar Benrahmanın penaltidən vurduğu qolla hesabı açıblar – 0:1. İlk hissə bu hesabla başa çatıb.
İkinci hissədə “Topçular” oyunda dönüş yaratmağı bacarıblar. Saka, Martinelli və Nketianın qolları sayəsində hesabı öz xeyrinə dəyişən Mikel Artetanın yetirmələri dünya çempionatı ilə əlaqədar yaranmış təxminən iki aylıq fasilədən sonra ilk oyunda qələbə qazanıblar. Bu qələbə sayəsində xallarının sayını 40-a çatdıran “Arsenal” liderliyini davam etdirir.

İdman 2022-12-27 02:33:00