×
A
A
A
Sazlamalar

İngiltərədə “Boxing day” başlayıb

Bakı, 27 dekabr, AZƏRTAC

Dekabrın 26-da futbol üzrə İngiltərə Premyer Liqasında növbəti turun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, hər ilin sonunda İngiltərə futbolu ənənəvi “Boxing day” günləri ilə yadda qalır. Belə ki, bu zaman komandalar üç gündən bir matça çıxırlar.
Budəfəki “Boxing day”in açılış görüşü “Brentford”la “Totenhem” arasında oynanılıb və matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Günün digər oyunları belə nəticələnib:
“Kristal Pelas” – “Fulhem” – 0:3
“Everton” – “Vulverhemton” – 1:2
“Lester” – “Nyukasl” – 0:3
“Sauthempton” – “Brayton” – 1:3
“Aston Villa” – “Liverpul” – 1:3.

İdman 2022-12-27 00:10:00