×
A
A
A
Sazlamalar

Qala mərasimdə daha 4 nominasiya üzrə qaliblər müəyyənləşib

Bakı, 26 dekabr, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin "İlin idman yekunları" adlı qala mərasimi davam edir.
AZƏRTAC xəbər verir ki, mərasimdə daha 4 nominasiya üzrə qaliblər müəyyənləşib.
Bakı Su İdman Sarayı “İlin idman qurğusu” adına layiq görülüb. Milli Gimnastika Arenası ikinci, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi üçüncü olub.
1 saylı uşaq-gənclər şahmat məktəbi “İlin uşaq-gənclər idman məktəbi” seçilib. Onu “Vətən” RİOEUG Futbol Məktəbi və Şabran UGİM izləyib.
“İlin fair-play mükafatı” "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təqdim edilib. Bu nominasiya üzrə ikinci yeri Azərbaycan Badminton Federasiyası, üçüncü yeri isə qadın güləşçi Elnurə Məmmədova tutub.
“Prezident kuboku” reqatası (Suqovuşan-Mingəçevir) ilin idman tədbiri nominasiyası üzrə qalib olub. İlk "üçlüy"ü Şəkidə “İdman Festivalı 2022” və yunan-Roma güləşi üzrə dünya kuboku yarışı tamamlayıb.
Qala mərasim davam edir.

İdman 2022-12-26 21:06:00