×
A
A
A
Sazlamalar

Rekord göstərici: Türkiyə turizmdən 46 milyard dollar qazanacaq

Bakı, 23 dekabr, AZƏRTAC

Türkiyə dünyada turizm sahəsində ən iddialı ölkələrdən biridir. Belə ki, ötən il dünyada ən çox turist qəbul edən 4-cü ölkə Türkiyə olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 2-ci iclasında deyib.
Nazir müavininin sözlərinə görə, bu il turizm sektorundan gəlirlər 46 milyard dollara çatacaq ki, bu da Türkiyə tarixində rekord göstərici olacaq.

Turizm 2022-12-23 10:03:08