×
A
A
A
Sazlamalar

Azərbaycana gələn Türkiyə vətəndaşlarının sayı artıb

Bakı, 23 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 283 min 493 Türkiyə vətəndaşı səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 2-ci iclasında deyib.
Azadə Hüseynova növbəti dövr üçün birgə Fəaliyyət Proqramının hazırlanmasının əhəmiyyətinə toxunaraq bu proqramda turizm üzrə ixtisaslaşmış assosiasiyalar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə yer verilməsinin iki ölkə arasında turizm əlaqələrinə öz töhfəsini verəcəyini bildirib.

 

Turizm 2022-12-23 09:53:38