×
A
A
A
Sazlamalar

Azərbaycanda turizmlə bağlı ailə biznesi quran sahibkarların sayı artır

Bakı, 22 dekabr, Emil Məlikov, AZƏRTAC

Yeni açılmış bəzi qonaq evləri, fərqli qonaqlama tipi təqdim edən istirahət yerləri keyfiyyət baxımından seçilir və fərqlənməyə çalışırlar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam deyib.
O qeyd edib ki, ailə biznesi quran sahibkarlar qonaqlara yüksək səviyyədə xidmət göstərirlər. Bunun sosial mediada paylaşılması digər turistlərin də marağını cəlb edir. Belə sahibkarların sayı artmağa başlayıb və bu, çox sevindiricidir.

Turizm 2022-12-22 17:06:44