×
A
A
A
Sazlamalar

Son iki ildə otellər 1 və 2 ulduz nişanı ilə bağlı müraciət etməyib

Bakı, 22 dekabr, Emil Məlikov, AZƏRTAC

Son iki il ərzində 1 və 2 ulduz nişanına heç bir otel müraciət etməyib, ən çox 4 və 5, az sayda isə 3 ulduzla bağlı müraciətlər olunur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam deyib.
Otellərdə keyfiyyətli xidmət məsələsinə toxunan baş icraçı direktor qeyd edib ki, bu sahədə çox işlər görülməlidir: “Regionlarda müvafiq dövlət qurumları tərəfindən bu cür bizneslər dəstəklənməlidir. Sahibkar da bir az araşdırıb bölgəyə uyğun, keyfiyyətli, zövqlü, təmiz və təmirli istirahət yerini qonaqlara təklif etməlidir. Doğrudur, pandemiya bu sektora çox zərər vurub, amma əgər qonaq qəbul ediriksə ən azından hər şey işlək vəziyyətində olmalıdır və ən əsası təmiz, gigiyenik olmalıdır. Rəyi qonaq verir və xidmət sektorunda qonaq hər zaman haqlıdır”.

Turizm 2022-12-22 16:01:38