×
A
A
A
Sazlamalar

Günay Sağlam: Bəzi otellər sertifikat almadan özlərinə ulduz nişanı qoyublar

Bakı, 22 dekabr, Emil Məlikov, AZƏRTAC

Bu il ulduz təsnifatı zamanı həm Bakıda, həm də bölgələrdə bir çox halda aşağı keyfiyyət, təmizlik, infrastruktur problemləri ilə qarşılaşmışıq. Sertifikat alan otellər də olub, buna baxmayaraq orta və kiçik otellərin əksəriyyəti təkrar yoxlanılacaq. Bəzi otellər də, sertifikat almadan özlərinə ulduz nişanı qoyublar. Bu da qonaqları çaşdırır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam deyib.
Onun sözlərinə görə, audit zamanı sahibkarlara məsləhətlər verilir ki, xidmət keyfiyyətini artırsınlar, qonaqlar da ölkəmizdə rahat və gözəl şəraitdə istirahət edə bilsinlər.

 

Turizm 2022-12-22 15:17:31