×
A
A
A
Sazlamalar

Baş icraçı direktor: Sahibkarlar keyfiyyətli və coğrafi mühitə uyğun otellər tikməlidir

Bakı, 22 dekabr, Emil Məlikov, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə infrastruktur işləri böyük surətlə davam edir. Hazırda Şuşada, Ağdamda həm lüks, həm də orta səviyyəli otellər tikilir. Bu ərazilərin çox böyük turizm potensialı var və sahibkarlar keyfiyyətli, coğrafi mühitə uyğun otellər tikməlidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam deyib.
“Biz bütün beynəlxalq platformalarda təbliğ işlərinə başlamışıq. Şübhəsiz, Qarabağımız həm təbii gözəlliyi, həm də istirahət yerləri ilə ən möhtəşəm turizm bölgəsi olacaq. Hədəfimiz ölkəmizdə daha keyfiyyətli xidmət və fərqli ehtiyaclara uyğun otellərin olmasıdır”, - deyə baş icraçı direktor bildirib.

Turizm 2022-12-22 13:10:45