×
A
A
A
Sazlamalar

Günay Sağlam: Quru sərhədlərin bağlı olması yerli turistlərin bölgələrə axınını sürətləndirib

Bakı, 22 dekabr, Emil Məlikov, AZƏRTAC

Bölgələrdə turizmin inkişafı müşahidə olunur. Regionlarda yeni otellər açılıb və qonaq evlərinin sayı artıb. Pandemiya dövründən sonra, daha çox yerli turistlərin bölgələrə axını müşahidə olunur, bu da quru sərhədlərin bağlı olması ilə əlaqədardır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam deyib.
Onun sözlərinə görə, yerli turistlərin bölgələrdə istirahət etməsi regionlarda biznesin inkişafına təkan verir. Lakin keyfiyyət baxımından daha çox işlərin görülməsinə ehtiyac var.

Turizm 2022-12-22 12:04:25