×
A
A
A
Sazlamalar

Günay Sağlam: Azərbaycanda 6 beynəlxalq brend otelin açılması gözlənilir

Bakı, 22 dekabr, AZƏRTAC

Ölkəmizdə ilk otel biznesinin inkişafı 2011-2013-cü illərə təsadüf edir. Pandemiyadan sonra yenə də bu sektorda böyük canlanma müşahidə olunur. Yaxın bir ildə Azərbaycanda 6 beynəlxalq brend hotelin açılması gözlənilir ki, bu da yeni iş yerlərinin yaranmasına gətirib çıxaracaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam deyib.
Onun sözlərinə görə, yeni otellər xarici turistlərin ölkəmizə cəlb olunmasında böyük rol oynayacaq.

Turizm 2022-12-22 10:40:00