Bayram günləri Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatarlar xəttə buraxılacaq
Bakı, 21 noyabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
QSC-dən AZƏRTAC-a bildirilib ki, bayram günləri ilə əlaqədar Bakı-Gəncə-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq əlavə qatarlar xəttə buraxılacaq.
Qatarlar Bakıdan dekabrın 30-da saat 19:00-da, dekabrın 31-də saat 09:00-da, yanvarın 3-də saat 19:00-da, Gəncədən isə dekabr 31-də saat 09:00-da və saat 14:30-da, yanvarın 4-də isə saat 09:00-da yola düşəcək.
Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının cari qrafikində heç bir dəyişiklik edilmir. Qrafik üzrə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 12:25-də Gəncəyə, Gəncədən isə saat 18:00-da yola düşən qatar saat 21:35-də Bakıya çatır.
Xatırladaq ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarları isə bayram günlərində qeyri-iş günlərindəki qrafikə uyğun hərəkətdə olacaq.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb