AzTU-da yeni rəqəmsal idarəetmə sistemi qurulur
Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) daxili idarəetməni təmin edən, tədrisin təşkilini, tədqiqatçıların və tədqiqat işlərinin bazasını özündə birləşdirən elektron platforma Universitet İdarəetmə Sistemi (UİS) qurulur.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, yeni rəqəmsal sistem “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi çərçivəsində hazırlanıb.
UİS-in daxilində 9 altsistem - insan resursları, tələbə qeydiyyatı, personal məlumat, tələbə-məlumat, tədrisin təşkili, təhsil haqqının ödənişi, dissertasiya mövzularının seçimi, AMAS (Akademik Məlumat Axtarış Sistemi), differensial əməkhaqqı sistemləri mövcuddur.
Dissertasiya mövzularının seçimi, AMAS və differensial əməkhaqqı sistemindən istifadə ilə bağlı AzTU-da 720 nəfər müxtəlif təlimlərdə iştirak edib. Hazırda sözügedən altsistemlər sınaq mərhələsindədir. Növbəti ildən mərhələli şəkildə istifadəyə veriləcək.
Digər 6 altsistemdən də istifadə ilə bağlı əməkdaşların təlimlərə cəlb olunması planlaşdırılır.
Rəqəmsal tibbin formalaşması və intellektuallaşdırılması problemləri tədqiq edilir
Texnologiya nəhəngləri süni intellekt təlimlərinə qarşı çıxıblar
Dördüncü Sənaye İnqilabı, süni intellekt və rəqəmsal sosiologiya - elmi konfrans
Elektron elm və elmmetriya problemləri ilə bağlı tədqiqatlar aparılır
“Böyük biliklərin” analitikasının elmi-nəzəri əsasları tədqiq olunacaq