×
A
A
A
Sazlamalar

Qış mövsümü ilə bağlı tibbi maarifləndirmə tədbirləri keçirilir VİDEO

Bakı, 19 dekabr, AZƏRTAC

Qış dövründə şəxsi heyətin mövsümi xəstəliklərdən qorunması məqsədilə Azərbaycan Ordusunda maarifləndirici tədbirlər həyata keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hərbi tibb personalı ilə aparılan söhbətlərdə xüsusilə kəskin relyefli ərazilərdə sərt iqlim şəraitində xidmət edən şəxsi heyətə ilk tibbi yardım qaydalarının öyrədilməsinin vacibliyi çatdırılıb.
Daha sonra donvurma zamanı görülən təxirəsalınmaz tədbirlərin praktiki icrası məşq etdirilib.
Qeyd edək ki, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sağlamlıqlarının qeydinə qalınması, donvurma və kəskin respirator xəstəliklərdən qorunması məqsədilə mütəmadi olaraq kompleks profilaktik tədbirlər həyata keçirilir.

Ordu 2022-12-19 15:21:00

Video