Tbilisiyə uçan Malayziya və Polşa təyyarələri duman səbəbindən Bakıya enib
Bakı, 17 dekabr, AZƏRTAC
Banqkok-Tbilisi marşrutu üzrə reys həyata keçirən Malayziyanın “AirAsia” aviaşirkətinin təyyarəsinin kapitanı təyinat məntəqəsində duman olduğuna görə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.
Aeroportdan AZƏRTAC-a bildirilib ki, “Airbus A330” təyyarəsi yerli vaxtla saat 09:13-də Bakı hava limanına enib.
Həmçinin səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportu duman səbəbindən Tbilisi hava limanına eniş edə bilməyən Polşanın LOT aviaşirkətinin təyyarəsini qəbul edib. Hava gəmisi saat 07:46-da Bakı hava limanından təyinat yerinə yola düşüb.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb