×
A
A
A
Sazlamalar

Ceyhun Bayramov: Türk coğrafiyası fonunda birgə fəaliyyətimizin gücləndirilməsi vacibdir

Bakı, 13 dekabr, AZƏRTAC

Geniş coğrafiyamızda baş verən mühüm dəyişikliklər və regionumuzun, eləcə də ümumilikdə türk coğrafiyasının əhəmiyyətinin artması fonunda, bir tərəfdən ortaya çıxan yeni çağırış və təhdidlərlə mübarizənin təşkili, digər tərəfdən isə xalqlarımızın və dövlətlərimizin mənafeləri naminə yeni fürsətlərdən səmərəli istifadə olunması məqsədilə birgə fəaliyyətimizin gücləndirilməsi olduqca vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 13-də Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın xarici işlər nazirlərinin iclasında deyib.
Nazir əmin olduğunu bildirib ki, ölkələrimiz arasındakı hörmət və etimad ənənələrinə əsaslanan qardaşlıq və dostluq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq yüksələn xətt üzrə daha da inkişaf edəcək və daimi olacaqdır.

Xarici siyasət 2022-12-13 19:24:00