×
A
A
A
Sazlamalar

Azərbaycanda “Turist çağrı-məlumatlandırma mərkəzi” yaradılır

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycanda 3 dildə “Turist çağrı-məlumatlandırma mərkəzi” (848) işə başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Azərbaycan Turizm Sammiti 2022”də məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan, rus və ingilis dillərində xidmət göstərəcək “Turist çağrı-məlumatlandırma mərkəzi” turizm sənayesinin inkişafına müsbət təsir edəcək.

 

 

Turizm 2022-12-08 11:43:00