×
A
A
A
Sazlamalar

Florian Zenqstşmid: Azərbaycana Yaxın Şərq və Mərkəzi Asiyadan turistlər cəlb ediləcək

Bakı, 7 dekabr, AZƏRTAC

Qlobal turizm bərpa olunur və biz bu qayıdışa daha güclü formada hazır olmalıyıq. Turizmdə dirçəliş olacağını təxmin edirdik, çünki insanlar evdən çıxıb yeni yerlər kəşf etmək istəyir. Əlbəttə bu, hava limanlarında, hotellərdə bir sıra çətinliklər yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycan Hotel Assosiasiyasının 5-ci Baş Assambleyasında deyib.
“2023-cü ildə bazara yenidən daxil olub, Cənub, Orta Şərq və Orta Asiyadan gələn turistlərə köklənəcəyik. Ümumi vəziyyəti nəzərə alsaq asiyalı turistləri cəlb etmək bir qədər çətindir. Buna baxmayaraq Azərbaycanın zəngin mətbəxi və bənzərsiz təbiəti bu işdə bizə hədəfə çatmağa çox kömək edə bilər. Səudiyyə Ərəbistanı ilə turizm mübadiləmiz ötən illərdə uğurla həyata keçirilib, indi biz dünyanın digər bölgələri ilə çalışmağı özümüzə məqsəd seçmişik”.

Turizm 2022-12-07 11:30:00