×
A
A
A
Sazlamalar

Qapıçı Dominik Livakoviç dünya çempionatlarının tarixinə düşüb

Bakı, 6 dekabr, AZƏRTAC

Xorvatiya millisinin Qətərdə keçirilən futbol üzrə dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlməsində qapıçı Dominik Livakoviç böyük paya sahib olub. Belə ki, pley-off oyununun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib. Seriyada 3:1 hesabı ilə üstün olan Xorvatiya seçməsi mərhələ adlayıb.
AZƏRTAC xəbər verir ki, penalti seriyasında 3 seyvlə yadda qalan D.Livakoviç dünya çempionatlarının tarixinə düşüb. Belə ki, o, portuqaliyalı Rikardo və həmyerlisi Daniel Subaşiçin rekordunu təkrarlayıb. Rikardo 2006-cı ildə təşkil olunan dünya çempionatında İngiltərə seçməsi ilə oyunda 3 seyv edib. D.Subaşiç isə 2018-ci il mundialında bu uğura nail olub.
Xorvatiya millisi dörddəbir finalda Braziliya ilə qarşılaşacaq.
Qeyd edək ki, dörddəbir final mərhələsində Niderland millisi Argentina, İngiltərə isə Fransa ilə üz-üzə gələcək.

İdman 2022-12-06 03:24:00