×
A
A
A
Sazlamalar

Argentina və Avstraliya milli komandalarının start heyətləri bəlli olub

Bakı, 3 dekabr, AZƏRTAC

Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsində qarşılaşacaq Argentina və Avstraliya milli komandalarının start heyətləri bəlli olub.
AZƏRTAC xəbər verir ki, Argentina millisinin start heyətində Emiliano Martinez, Molina Nahuel, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Aleksis Makallister, Rodriqo De Paul, Entso Fernandes, Papu Qomez, Lionel Messi və Julian Alvares yer alıblar.
Avstraliya seçməsinin heyətində meydana Metyu Rayan, Harri Suttar, Kay Rouls, Aziz Behiç, Miloş Degenek, Aaron Muy, Cekson İrvin, Keanu Bakus, Mettyu Leki, Mitçell Dyuk və Rayli Makqri çıxacaqlar.
“Əhməd ibn Əli” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi polşalı Şimon Marçinyak olacaq.

İdman 2022-12-03 22:40:00