×
A
A
A
Sazlamalar

Beynəlxalq konfransa 152 məqalə və tezis təqdim olunub

Bakı, 3 dekabr, AZƏRTAC

“Regional inkişaf və rəqəmsal iqtisadiyyat” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransa 152 məqalə və tezis təqdim olunub. Bunlardan 74-ü Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), 78-i isə Türkiyə, Pakistan, Ukrayna, Kosovo, Nigeriya, İran, Hindistan və Moldovanın, eləcə də Azərbaycanın digər universitet və elmi-tədqiqat institutlarının əməkdaşlarına aiddir.
AZƏRTAC xəbər verir ki, bu fikri UNEC-in elm üzrə prorektoru professor Sakit Yaqubov beynəlxalq konfransda bildirib.
Konfransda Elm və Təhsil Nazirliyinin Elm sektorunun müdiri Turxan Süleyman, Ege Universitetinin dekan müavini professor Haydar Yalçın mövzunun əhəmiyyətindən danışıblar.
Plenar iclasda AMEA-nın müxbir üzvü professor Qorxmaz İmanov və Ege Universitetinin dekan müavini professor Haydar Yalçın məruzələrlə çıxış ediblər.
Konfrans öz işini 17 istiqamət üzrə bölmələrdə davam etdirir.
Qeyd edək ki, konfrans UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Türkiyənin Daxili İşlər Nazirliyinin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu və Ege Universiteti ilə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində üçtərəfli razılıq əsasında təşkil olunub.

Elm və təhsil 2022-12-03 16:04:00