×
A
A
A
Sazlamalar

Pedaqoji Universitetdə akkreditasiyaya hazırlıq üzrə təşkilat komissiyası yaradılıb

Bakı, 3 dekabr, AZƏRTAC

2023-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) institusional akkreditasiya həyata keçiriləcək.
Bu barədə AZƏRTAC-a ADPU-dan bildirilib. Qeyd olunub ki, bununla bağlı universitetin Elmi şurasında müzakirələr aparılıb və akkreditasiyaya hazırlıq üzrə təşkilat komissiyası yaradılıb.
Təşkilat komissiyası və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə razılaşmaya əsasən, komissiyanın üzvləri və müvafiq struktur rəhbərləri üçün akkreditasiyaya hazırlıq və universitetin özünütəhlil hesabatının hazırlanmasına dəstək məqsədilə müəyyən olunmuş qrafik üzrə Agentlik tərəfindən təlimlər həyata keçirilir.
Növbəti təlimdə TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov özünütəhlil hesabatlarının hazırlanması zamanı istifadə olunan əsas meyarlarla iş və qiymətləndirmə prosesi haqqında təqdimat edərək proseslə bağlı sualları cavablandırıb.
ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, universitet institusional akkreditasiya prosesinə növbəti strateji hədəflərinə doğru irəliləmək yolunda vacib indiqator kimi baxır və bu göstərici Pedaqoji Universitetin tədqiqat universitetinə çevrilməsi yolunda əhəmiyyətli mərhələ təşkil edir.

Elm və təhsil 2022-12-03 11:05:00