×
A
A
A
Sazlamalar

Kosta-Rika – Almaniya: Start heyətlər açıqlanıb

Bakı, 1 dekabr, AZƏRTAC

Futbol üzrə Kosta-Rika və Almaniya milli komandalarının start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Qətərdə keçirilən dünya çempionatının E qrupunun üçüncü turunda üz-üzə gələcək komandaların oyununda Kosta-Rika seçməsinin start heyətində Keylor Navas, Kendal Vaston Manle, Oskar Duarte, Brayan Ovyedo, Xuan Pablo Varqas, Brandon Agilera, Yeltsin Texeda, Selso Borxes, Keyşer Fuller, Joel Kempbell və Cohan Veneqas yer alıblar.
Almaniya yığmasının heyətində isə meydana Manuel Noyer, Niklas Süle, Antonio Rüdiger, David Raum, Coşua Kmmix, Leon Qoretska, Cama Musiala, İlkay Gündoğan, Serj Qnabri, Leroy Sane və Tomas Müller çıxacaqlar.
“Əl Beyt” stadionunda oynanılacaq matçı fransız qadın FIFA referisi Stefani Frappar idarə edəcək. Bu, dünya futbol tarixində bir ilk olacaq. Belə ki, ilk dəfə qadın hakım mundial oyununa təyinat alıb. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman 2022-12-01 22:36:00