Mərakeş millisi tarixində ikinci, Xorvatiya isə üçüncü dəfə pley-offa yüksəlib
Bakı, 1 dekabr, AZƏRTAC
Futbol üzrə Mərakeş və Xorvatiya milli komandaları dünya çempionatının pley-off mərhələsinə adlayıblar.
AZƏRTAC xəbər verir ki, Qətərdə təşkil olunan mundialın F qrupunun üçüncü turu çərçivəsində Mərakeş millisi Kanada yığması ilə qarşılaşıb. Matçda hesab 4-cü dəqiqədə açılıb. Mərakeşli futbolçu Hakim Ziyeş komandasını hesabda önə keçirib. Təzyiqi daha da artıran Mərakeş millisi 23-cü dəqiqədə ikinci topu rəqib qapısından keçirib. Bu dəfə Yussuf En-Nesiri fərqlənib. Qarşılaşmanın 41-ci dəqiqəsində üçüncü qol vurulub. Bu dəfə mərakeşli futbolçu Naif Ager avtoqol müəllifi olub. İkinci hissədə qol vurulmayıb və Mərakeş seçməsi 2:1 hesablı qələbə qazanıb.
Qrupun digər oyununda Xorvatiya və Belçika yığmaları üz-üzə gəliblər. Komandaların cəhdlərinə baxmayaraq oyunda hesab açılmayıb – 0:0.
Hesabında 7 xal olan Mərakeş millisi qrup lideri kimi mərhələ adlayıb. Xorvatiya 5 xalla qrupda ikinci olub və pley-offa yüksəlib. Belçika millisi 4 xalla üçüncü olub, Kanada isə xal qazana bilməyib.
Mərakeş tarixində ikinci dəfə, Xorvatiya isə üçüncü dəfə pley-off mərhələsinə adlayıb.
Bu gün E qrupu çərçivəsində Kosta-Rika – Almaniya və Yaponiya – İspaniya oyunları da keçiriləcək. “Əl Beyt” stadionunda oynanılacaq Kosta-Rika – Almaniya matçını fransız qadın FIFA referisi Stefani Frappar idarə edəcək. “Xəlifə” stadionunda keçiriləcək digər matç isə Viktor Qomesə (CAR) həvalə olunub. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Hesabında 4 xal olan İspaniya millisi qrupa liderlik edir. Yaponiya və Kosta-Rika milliləri 3 xalla ikinci-üçüncü pillədə yer alıblar. Almaniyanın isə aktivində 1 xal var.
Qeyd edək ki, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa, Avstraliya, Argentina və Polşa yığmaları səkkizdəbir finala vəsiqəni təmin ediblər.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir