×
A
A
A
Sazlamalar

Futbol üzrə Azərbaycan Premyer Liqası: “Sumqayıt”-“Qəbələ” matçında qalib müəyyənləşməyib

Bakı, 29 noyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tur başa çatıb.
AZƏRTAC xəbər verir ki, günün ikinci matçı “Kapitan Bank Arena”da “Sumqayıt” “Qəbələ” komandaları arasında keçirilib. Görüş heç-heçə başa çatıb (1:1). Belə ki, oyunun 74-cü dəqiqəsində “Qəbələ”dən İsnik Alimi fərqlənərək komandasını önə çıxarıb. Beş dəqiqədən sonra rəqib komandadan Todor Todoroski hesabı bərabərləşdirib.
Yekun nəticəyə görə, aktivində 21 xal olan “Qəbələ” komandası beşinci, 6 xala malik olan “Sumqayıt” isə 10-cu – sonuncu pillədədir.
Bildirək ki, günün ilk matçında “Sabah” “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib.

İdman 2022-11-29 19:17:00