“Bir ağac - min nəfəs” aksiyası davam edir
Bakı, 28 noyabr, AZƏRTAC
Əhmədli qəsəbəsində “Bravo” hipermarketin qarşısında keçirilən “Bir ağac - min nəfəs” aksiyası zamanı vətəndaşlardan ümumi tutumu 171 litr olan plastik, 15 litr şüşə, 32 kiloqram kağız tullantı, 36 ədəd işlənmiş batareya təhvil götürülərək əvəzində onlara ağac tingləri paylanılıb.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.
O qeyd edib ki, aksiyanın məqsədi ölkədə yaşıllıqların artırılmasına töhfə vermək, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmaqdır. Aksiya payız əkin mövsümünün sonunadək Bakıda və bölgələrdə davam etdiriləcək.
Azərbaycanla Böyük Britaniya arasında ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub
Sabah havanın qeyri-sabit olacağı gözlənilir
ETSN "Bakı KOB evi"ndə 9 istiqamət üzrə fəaliyyət göstərir
Qanlı göl ətrafında park salınacaq
Layihə həyata keçirilən ərazilərdə yaşıllıqlar landşaft elementi kimi saxlanılmalıdır