×
A
A
A
Sazlamalar

Bakıda keçirilən bədii gimnastika üzrə birinci “Ocaq” beynəlxalq kuboku yarışı sona yaxınlaşır

Bakı, 27 noyabr, AZƏRTAC

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə birinci “Ocaq” beynəlxalq kuboku yarışı sona yaxınlaşır.
AZƏRTAC xəbər ki, turnirin sonuncu günündə 2010-cu il təvəllüdlü gimnastlar alətlərlə güclərini nümayiş etdirirlər.
Gün ərzində gənclər yaş kateqoriyasında olan gimnastlar gürzlər və lentlə öz aralarında güclünü müəyyənləşdirəcəklər.
Turnir 2010-2011-ci, 2012-2014-cü və 2015-2016-cı il təvəllüdlü qrup hərəkətləri komandalarının mübarizəsi ilə yekunlaşacaq.
Qeyd edək ki, birinci “Ocaq” beynəlxalq kuboku yarışında 13 ölkədən 2007-2016-cı il təvəllüdlü 317 gimnast həm fərdi, həm də qrup hərəkətlərində güclərini sınayırlar. Yarışda ölkəmizi 200 gimnast təmsil edir.

İdman 2022-11-27 14:20:00