×
A
A
A
Sazlamalar

Rəqəmsal tibbin formalaşması və inkişafı problemləri tədqiq olunur

Bakı, 26 noyabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun növbəti iclasında AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova bu il rəhbərlik etdiyi şöbədə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında məlumat verib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. O bildirib ki, cari ildə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemləri araşdırılıb və effektiv metodlar işlənilib, rəqəmsal tibbin formalaşması və inkişafı problemləri tədqiq olunub. M.Məmmədova “Rəqəmsal tibb mühitində intellektual idarəetmə” mövzusunun işlənməsindən, “Səhiyyə 4.0” texnologiyaları əsasında aparılmış tədqiqatların nəticələrindən bəhs edib, bu işlərin rəqəmsal tibbin formalaşması və inkişafı problemlərinin həllində böyük əhəmiyyətə malik olduğunu qeyd edib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Texnologiya 2022-11-26 14:22:00