Mövqelərimiz atəşə tutulub
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 22-si saat 22:15-dən noyabrın 23-ü saat 01:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bundan başqa noyabrın 22-si saat 15:48-dən 18:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri və Tərtər rayonu istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Komandoların taktiki-xüsusi məşqləri davam etdirilir VİDEO
Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb VİDEO
Vətən müharibəsi şəhidi Elvin Şükürlünün xatirəsi anılıb VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib