İstanbulda Bakı-Tbilisi-Qars dəmir yoluna yeni növ yüklərin cəlb edilməsindən danışılıb
Bakı, 18 noyabr, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində 17-ci “Logitrans-2022” Beynəlxalq Nəqliyyat və Logistika sərgisi keçirilir. Sərgiyə 23 ölkədən 171 şirkət qatılıb. Sərgi nəqliyyat və logistika sahəsində yeni tərəfdaşlıqların, işgüzar əlaqələrin qurulması baxımından əhəmiyyətli platforma hesab edilir.
“Logitrans-2022” Beynəlxalq Nəqliyyat və Logistika sərgisində “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC də təmsil olunur.
MMC-dən AZƏRTAC-a bildirilib ki, şirkətin Türkiyəyə ezam olunmuş əməkdaşları iştirakçılara ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizləri və yeni layihələr barədə məlumat veriblər. Yük sahibləri və logistika şirkətləri nümayəndələri ilə keçirilən görüşlərdə yeni əməkdaşlıqların əsası qoyulub. Tərəfdaşlarla aparılan müzakirələrdə əməkdaşlığın genişləndirilməsi üçün fikir mübadiləsi aparılıb. Xüsusən Bakı-Tbilisi-Qars dəmir yoluna yeni növ yüklərin cəlb edilməsi diqqət mərkəzində olub.
BNA mərhələli şəkildə müvafiq yol nişanlarının quraşdırılmasına başlayıb
İyunda Astanadan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək
"Süleyman Vəzirov” gəmisi “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərinə cəlb olunub
Cari ilin iki ayında hava nəqliyyatı ilə 332,6 min sərnişin daşınıb