×
A
A
A
Sazlamalar

Kişilər və qadınlar arasında rapid və blits üzrə Azərbaycan çempionatları keçiriləcək

Bakı, 18 noyabr, AZƏRTAC

Dekabrın 2-dən 4-dək kişilər və qadınlar arasında rapid və blits üzrə Azərbaycan çempionatları keçiriləcək.
Azərbaycan Şahmat federasiyasından AZƏRTAC-a bildiriblər ki, çempionatların təşkilində əsas məqsəd dekabrın 25-30-da Qazaxıstanın Almatı şəhərinin ev sahibliyi edəcəyi rapid və blits üzrə dünya çempionatına gedəcək şahmatçıların müəyyən edilməsidir.
Qadınların çempionatında beynəlxalq əmsalı (klassik, rapid və ya blits) 2100, kişilərin çempionatında isə (klassik, rapid, blits) 2400-dən yuxarı olan şahmatçılar iştirak edə bilərlər.

İdman 2022-11-18 15:33:00