×
A
A
A
Sazlamalar

İspaniyanın “Elçe” klubunun yeni baş məşqçisi müəyyənləşib

Bakı, 18 noyabr, AZƏRTAC

İspaniyanın “Elçe” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi Pablo Maçinlə anlaşıb. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.
"Elçe" hazırda La Liqada sonuncu pillədə qərarlaşıb.
İspaniyalı məşqçi ölkəsində "Jirona", "Espanyol" və "Sevilya"nın da baş məşqçisi olub. O, son dəfə Səudiyyə Ərəbistanın "Əl-Raed" klubunu çalışdırıb.

İdman 2022-11-18 12:23:00