×
A
A
A
Sazlamalar

İctimai TV futbol üzrə dünya çempionatının oyunlarını canlı yayımlayacaq VİDEO

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 20-də Qətərdə futbol üzrə 22-ci dünya çempionatına start veriləcək.
İctimai Televiziya və Radio Yayımları Şirkətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 18-dək davam edəcək dünya çempionatının oyunlarını eksklüziv olaraq İctimai TV və İctimai Radionun efirindən canlı izləmək mümkün olacaq.
Çempionatın təntənəli açılış mərasimi noyabrın 20-də saat 18:45-də başlayacaq.
İlk qarşılaşma - ev sahibi olan Qətər milli komandası ilə Ekvador yığması arasında həmin gün saat 20:00-da keçiriləcək.

İdman 2022-11-18 10:22:00

Video