×
A
A
A
Sazlamalar

“Murov” klubunun Çağırış kuboku yarışında növbəti rəqibi müəyyənləşib

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycanı Çağırış kuboku yarışında təmsil edən kişi voleybolçulardan ibarət “Murov” klubunun növbəti rəqibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisinin səkkizdəbir final mərhələsindəki rəqibi Niderlandın “Orion” kollektivi olacaq.
Niderland təmsilçisi 1/16 finalda Lüksemburqun “Stroosen” klubunu yarışdan kənarlaşdırıb.
Qeyd edək ki, “Murov” 1/16 final mərhələsində Avstriyanın “Qraz” komandasına hər iki oyunda 3:0 hesabı ilə qalib gəlib.

 

 

İdman 2022-11-17 16:40:00