Taekvondoçumuz dünya çempionatının bürünc medalını qazanıb
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan milli komandası Meksikanın Qvadalaxara şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında ilk medalını qazanıb.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yığmamızın aktivinə mükafatı Cavad Ağayev əlavə edib. Belə ki, 68 kiloqram çəki dərəcəsində yarışan idmançımız mundialda mübarizəyə otuz ikidəbir finaldan başlayıb. Avropa çempionumuz ilk döyüşdə tailandlı Ço Çaiçonla üz-üzə gəlib. Rəqibinə 2:0 hesabı ilə qalib gələn C.Ağayev növbəti döyüşdə eyni hesabla polşalı Mateuş Şzesnovskini məğlub edib.
Səkkizdəbir finalda özbəkistanlı Uluqbek Raşitova, növbəti sınağında iordaniyalı Zaid Mustafaya 2:1 hesabı ilə qalib gələn idmançımız final uğrunda cənubi koreyalı Do Yun Kvona uduzduğu üçün yarışı bürünc medalla başa vurub.
Qeyd edək ki, dünya çempionatı noyabrın 20-də başa çatacaq.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir